Gənc boksçularımız Avropa birinciliyində mübarizəyə qoşulur

13 Aprel, 11:20 Sosial mediada paylaşın:
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçuların Avropa birinciliyi start götürür.
Qitə yarışında oğlanların mübarizəsində Azərbaycan millisi tam heyətlə təmsil olunacaq. Yarışda komandamızın üzvlərindən Kənan Babayev 48, Amin Məmmədzadə 51, Kamil Babayev 54, Arif Bayramov 57, Aslan Quliyev 60, Zaur Qəhrəmanov 63,5, Səid Abdullayev 67, Daniel Xolostenko 71, Ənvər Babayev 75,  Sərxan Budaqov 80, Fətəli İsmayılov 86, Məmməd Quliyev 92 kq-da, Səbuhi Əlizadə ən ağır çəkidə bacarığını nümayiş etdirəcək. Avropa birinciliyi aprelin 22-də başa çatacaq.

CANLI YAYIM