"Los Anceles Leykers"in baş məşqçisi istefaya göndərilib

12 Aprel, 17:16 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının ən titullu klublarından olan “Los Anceles Leykers”in baş məşşqçisi Frenk Foqel istefaya göndərilib. Bu barədə Kaliforniya klubu rəsmi olaraq məlumat yayıb. Foqelin istefaya göndərilməsinə isə komandanın pley-offa yüksələ bilməməsi səbəb kimi göstərilib. Xatırladaq ki, 48 yaşlı mütəxəsis 2019/20 mövsümündən “Leykers”i çalışdırıb. Onun başçılığı altında Los Anceles klubu hətta 2020-ci ildə MBA çempionu da olub. Bu mövsüm isə komandada Lebron Ceyms, Entoni Devis, Rassell Uestbruk, Karmelo Entoni və Duayt Hovard kimi basketbol ulduzları çıxış etsə də, los-anceleslilər pley-in mərhələsinə də vəsiqə qazana bilməyib.
Pley-indən söz düşmüşkən, artıq bu mərhələdə oynayacaq komandalar arasında oyunlar müəyyənləşib. Pley-offa vəsiqə uğrunda yarışda Şərq konfransında “Bruklin Nets”lə “Klivlend Kavalyers”, “Atlanta Xouks”la “Şarlott Hornets”, Qərb konfransında “Minnesota Timbervulvz”la “Los Anceles Klippers”, “Nyu Orlean Pelikans”la “San Antonio Spörz” qarşılaşcaq. Bu mərhələnin oyunları  bu gecə start götürəcək və aprelin 15-də yekunlaşacaq.

CANLI YAYIM