Azərbaycan Cüdo Federasiyasının prezidenti Sabirabadda məşqçilər və cüdoçularla görüşüb

9 Aprel, 10:30 Sosial mediada paylaşın:
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Sabirabad şəhərində Sabirabad və İmişli rayonlarını təmsil edən məşqçilər və cüdoçularla görüşüb.
Görüş zamanı ACF prezidentinə Sabirabad rayonunda 60, İmişli rayonunda isə 120-ə yaxın gənc və yeniyetmənin cüdo idman növü ilə məşğul olmaları ilə bağlı məlumat verilib. Qeyd edilib ki, onların arasında son yarışda - 15 yaşa qədər yeniyetmələr arasında keçirilmiş region yarışlarında yer tutaraq Azərbaycan birinciliyinə vəsiqə qazanan idmançılar da var. Bununla yanaşı, İmişli rayonunun yetirməsi Səid Orucov 21 yaşa qədər gənclər arasında fevral ayının sonunda keçirilən Azərbaycan birinciliyində +100 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Rəşad Nəbiyev qeyd edib ki, Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri cüdonun daha da kütləviləşdirilməsi ilə uşaq, yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyümələrinə dəstək göstərməkdir. Hər iki rayonda cüdonun inkişafı üçün böyük potensial olduğunu vurğulayan federasiya rəhbəri maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi-müəllimlərin uşaq və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.

CANLI YAYIM