Cüdo üzrə yeniyetmələrdən ibarət komandamız Asiya kuboku yarışında ikinci yeri tutub

7 Aprel, 11:25 Sosial mediada paylaşın:
Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında keçirilən cüdo üzrə Asiya kuboku yarışında cüdoçularımız uğurla çıxış ediblər.
Yeniyetmə idmançılarımız turnirdə iki qızıl medal qazanaraq oğlanlar arasında ikinci yeri tutublar. Ümumi medal sıralamasında isə yığmamız üçüncü pillədə qərarlaşıb. Qızıl medalları komandamızın aktivinə Nahid Tarquliyev (73 kq) və Əbil Yusifov (66 kq) yazdırıblar.
Azərbaycanın 22 cüdoçu ilə təmsil olunduğu turnirdə altı ölkədən 314 idmançı mübarizə aparıb.

CANLI YAYIM