Paytaxtımızda idman gimnastikası üzrə Dünya Kuboku keçirilir

1 Aprel, 11:35 Sosial mediada paylaşın:
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi edir.
Milli Gimnastika arenasında idman gimnastikası üzrə dünya kuboku keçirilir. Ölkəmizdə analoji turnir 4-cü dəfə təşkil olunur. İdmançılar sərbəst hərəkətlər, dayaqla tullanma, gimnastika tiri və digər növlərdə qalib və mükafatçıları müəyyənləşdirirlər. Azərbaycan dünya kubokunda 7 gimastla təmsil olunur. Kişilərin yarışında Mənsum Səfərov, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Cavidan Babayev, Nikita Simonov məharətini göstərir. Onların hər biri mükafatlara iddialıdır.  Qadınların turnirində isə Samirə Qəhrəmanova və Milana Minakovskaya medallar uğrunda yarışır. Dünya kubokunun 1-ci günündə İvan Tixonov və Nikita Simonov təsnifatda uğurla çıxış edərək finala vəsiqə qazanıb. Mötəbər turnirdə 34  ölkədən 145 idmançı bacarığını nümayiş etdirir. Yarışlar “İdman TV”də canlı yayımlanır.

CANLI YAYIM