Azərbaycan boksçusu Avropa çempionu olub

24 Mart, 10:20 Sosial mediada paylaşın:
Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.
O, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.
51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.

CANLI YAYIM