Patris Evra peşəkar boksçu olacaq

22 Mart, 11:00 Sosial mediada paylaşın:
“Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra peşəkar boksla məşğul olacağını elan edib.
40 yaşlı fransalı sabiq futbolçu aprelin 30-da Londonda “Youtube” bloggeri Adam Salehlə münasibətlərinə aydınlıq gətirəcək. İlk görüşü ərəfəsində Evra bunları söyləyib: SİTAT “İlk dəfə rinqə çıxacağıma görə çox sevinirəm. Mən həmişə boks dünyasının insanlarına böyük hörmətlə yanaşmışam. Bu idman növündə təkcə güc yox, həm də şahmatdakı kimi strategiya da vacibdir. Boksçular futbolçular kimi məşq etmir. Mən də özümü bu növdə sınamaq istəyirəm” SİTATIN SONU. Xatırladaq ki, Fransa millisində 81 oyun keçirən Evra 2018-ci ildə karyerasını “Vest Hem” klubunda başa vurmuşdu.

CANLI YAYIM