Avropa çempionatında daha bir boksçumuz dörddəbir finala yüksəlib

18 Mart, 11:25 Sosial mediada paylaşın:
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Yarışın beşinci günündə - martın 17-də Azərbaycan millisinin üzvü Cəlal Qurbanov (63,5 kq) ikinci döyüşünə çıxıb. Onaltıdabir final mərhələsində finlandiyalı Yere Niemelainenə (Finlandiya) qalib gələn təmsilçimiz bu dəfə sloveniyalı Nik Nikolovla üz-üzə gəlib. Görüş C.Qurbanovun qələbəsi ilə başa çatıb. O, rəqibini 3:0 hesabı ilə məğlub edib.
İdmançımız dörddəbir finalda İqor Kovtunla (Ukrayna) qarşılaşacaq. Döyüş martın 19-da baş tutacaq.
Həmin gün yarımfinal uğrunda millinin daha 4 boksçusu – Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq) və Nəbi İsgəndərov (67 kq) da rinqə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatında final döyüşləri martın 23-də olacaq.

CANLI YAYIM