Azərbaycanın kişi cütlüyü akrobatika gimnastikası üzrə dünya çempionatında üçüncü olub

12 Mart, 09:20 Sosial mediada paylaşın:
Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında bürünc medala sahib olub.
Cütlüyümüzün qarışıq hərəkət üzrə final mərhələsində çıxışı 28,270 xalla qiymətlənirilib.
Yarışın qalibi ABŞ akrobatları olub – 28,400 xal. Qazaxıstanlı cütlük 28,330 xalla yarışı ikinci pillədə başa vurublar.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

CANLI YAYIM