Akrobatlarımız final mərhələsinə yüksəliblər

11 Mart, 11:20 Sosial mediada paylaşın:
Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatının ilk günü idmançılarımız üçün uğurlu olub. 
Təmsilçilərimiz Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet finala vəsiqə qazanıblar.  Onlar  cütlük templə hərəkətlərdə 26,600 xalla 5-ci olub.  Daniel Abbasov və Murad Rəfiyev balans hərəkətlərdə də həlledic mərhələyə çıxıblar. İdmançılarımız 27,520 xalla 3-cü yeri tutublar.
7 ölkənin mübarizə apardığı növdə ən yaxşı 6 komanda finala yüksəlib. Final martın 12-də keçiriləcək.
Dünya çempionatında çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük də etimadı doğruldub.  Akrobatlarımız 28,760 xalla təsnifat mərhələsində 1-ci olub. Bu növdə bacarıqlarını nümayiş etdirən digər komandamız Sabir Ağayev və Mehriban Salmanovadan ibarət duet isə 8-ci yeri tutub və təsnifat mərhələsində mübarizəni dayandırıb.  Qeyd edək ki, mundiala 17 ölkədən 170 idmançı qatılıb. Gimnastlar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə mübarizə aparırlar.  Martın 13-dək davam edəcək akrobatika gimnastikası üzrə dünya  çempionatı İdman TV –də  canlı yayımlanır. 

CANLI YAYIM