Voleybol üzrə Azərbaycan Super Liqasında çempion bəlli olub

2 Mart, 11:35 Sosial mediada paylaşın:
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi bəlli olub.
3-cü dövrənin sonuncu – təxirə salınmış VIII turunda "Azerreyl"ə 3:0 (25:16, 25:21, 25:16) hesabı ilə qalib gələn "Abşeron" çempionluğunu rəsmiləşdirib.
Bu qələbədən sonra xallarını 27-yə çatdıran komanda sona 3 tur qalmış qızıl medalları təmin edib.
Qeyd edək ki, "Abşeron" ilk dəfə ölkə çempionu olub.
 

CANLI YAYIM