Pekin Qış Olimpiya Oyunlarında daha bir yenilik

14 Yanvar, 17:14 Sosial mediada paylaşın:
Pekin Qış olimpiya oyunlarına hazırlıqlar davam edir.
Builki yarış texnoloji üstünlükləri ilə də digərlərindən fərqlənəcək. Çin nümayəndə heyəti qida sektoru ilə bağlı növbəti yeniliyi təqdim edib. Belə ki, jurnalistlər və işçi heyətə yeməkləri insanlar əvəzinə xüsusi robotlar xidmət göstərəcək. Bununla bağlı sınaq təqdimatı da keçirilib. Burada fəaliyyət göstərən robotlar həm Çin, həm də Dünya mətbəxindən yeməkləri turnir iştirakçılarına təqdim edəcəklər.
Eyni zamanda Oimpiadalar tarixində ilk dəfə əksər oyun meydanları 100 faizlik bərpa olunan enerji ilə təmin olunub. Yarış arenalarına 700-dən çox hidrogenlə işləyən avtomobilin də cəlb olunacağı gözlənilir.
Beynəlxalq Olimpiya Komitəsi və Çin Rəhbərliyinin birgə razılığına əsasən yarışları yalnız yerli azarkeşlər izləyəcək. Tokio Yay oyunlarından fərqli olaraq bu dəfə xaricdən gələn media nümayəndələri və atletlərə daha sərt Kovid – 19 protokolları tətbiq olunacaq.
Xatırladaq ki, Pekin Qış Olimpiya oyunları fevralın 4-dən 20-ə qədər davam edəcək.

CANLI YAYIM