Oberhofda biatlon üzrə dünya kubokunun mərhələ yarışı yekunlaşıb

10 Yanvar, 15:58 Sosial mediada paylaşın:
Biatlon üzrə dünya kuboku çərçivəsində Almaniyanın Oberhof məntəqəsəində keçirilən mərhələ yarışı başa çatıb. Kişilərin 12,5 km məsafəyə izləmə yarışında fransalı biatlonçu Kenton Fiyon Maye 36 dəqiqə 48 saniyəlik nəticə ilə finiş xəttini birinci keçib. Ondan 9 saniyə geridə qalan isveçli Sebastiyan Samuelson 2-ci olub. Bir gün əvvəl Norveç millisi ilə estafet yarışının qalibi olan Taryey Bö isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Yeri gəlmişkən, Kenton Fiyon Maye dünya kubokunda ümumi sıralamada 461 xalla liderliyini möhkəmlədib. Ondan 12 xal geri qalan həmyerlisi Emilyen Jaklen 2-ci sıradadır. Sebastyan Samuelson isə 425 xalla 3-cü pillədə qərarlaşıb.
Qadınların izləmə yarışında isə Marte Röyselannd uğur qazanıb. Norveçli biatlonçu finiş xəttini 33 dəqiqə 18 saniyəyə qət edib. Ondan 33 saniyə geri qalan isveçli Hanna Eberq 2-ci, belaruslu Dinara Alimbekova 3-cü olub. Ümumi sıralamaya gəlincə, bu yarışın qalibi olan Röyseland 537 xalla liderliyini qoruyub. Ondan 88 xal az toplayan fransalı Elvira Eberq 2-ci pillədədir. Dinara Alimbekova isə 418 xalla 3-cü sıranı tutub. Dünya Kubokunun növbəti mərhələsi yanvarın 12-16-da Almaniyanın Rufoldinq məntəqəsində keçiriləcək.

CANLI YAYIM