Avroliqada turun bütün oyunları təxirə salınıb

7 Yanvar, 17:37 Sosial mediada paylaşın:
Koronavirusun yeni ştamının Avropada sürətlə yayılması basketbol üzrə Avroliqanın təqvimində dəyişikliyə səbəb olub.
Liqada çıxış edən bütün komandalarda virusa yoluxanların sayının artması nəticəsində bu həftə keçirilməli olan bütün oyunlar təxirə salınıb. Hərçənd “Olimpiya Milan”la “ “Zenit” arasındakı oyun təşkil edilməli idi. Məsələ ondadır ki, “Milan” klubunun üzvlərinin səhhətində heç bir problem yox idi. Bu mənada “Zenit”də də vəziyyət qənaətbəxş idi. Amma İtaliyaya yola düşməzdən əvvəl Sankt Peterburq klubunun üzvləri testdən keçərkən vəziyyət dəyişib. “Zenit”in 4 basketbolçusu və bir əməkdaşının testi müsbət nəticələndiyindən klub İtaliyaya yola düşməkdən imtina edib. Yeri gəlmişkən, bu həftə təxirə salınan oyunlar gələn həftə keçiriləcək. Beləliklə də növbəti həftə ardıcıl 4 gündə 2 turun oyunlarının təşkili planlaşdırılır. Amma yenə də hər şey komandaların son vəziyyətindən asılı olacaq.

CANLI YAYIM