"Bruklin" ulduz basketbolçusunu dəyişdirmək istəyir

3 Dekabr, 17:02 Sosial mediada paylaşın:
“Leykers” kimi “Bruklin Nets” də müxtəlif səbəblərdən əsas oyunçularına şans yaratmaqda çətinlik çəkir. 
Xüsusən də  vaksinasiya prosesindən keçmədiyinə görə klub Kayri İrvinqə güvənə bilmir. Nyu-York ştatının qanunvericiliyinə görə peyvənd olunmaqdan imtina edən idmançılar bu ştatda keçirilən yarışlarda iştirak edə bilməz. Oyunçusundan heç bir fayda götürə bilməyən “Bruklin” rəhbərliyi artıq vəziyyətdən çıxış yolu tapmaq qərarına gəlib. Amerika mətbuatının məlumatına görə, “Nets” ulduz basketbolçusunu başqa komandanın oyunçusu ilə dəyişdirmək qərarına gəlib.  Bəzi mənbələr isə, ümumiyyətlə İrvinqin karyerasını bitirə biləcəyini yazır.

CANLI YAYIM