Harden "Bruklin"dən getmək istəyir

19 Noyabr, 17:21 Sosial mediada paylaşın:
“Bruklin Nets”in aparıcı basketbolçularından olan Ceyms Harden klubdan ayrılmaq fikrindədir.
32 yaşlı müdafiəçi komandanın oyunundan narazıdır. Hardeni daha çox Kayri İrvinqin işinə münasibəti məyus edir. Məsələ ondadır ki, İrvinq koronavirus əleyhinə peyvənd olunmaqdan imtina etdiyinə görə, Nyu-York ştatının qanunlarına görə ev oyunlarında meydana çıxa bilməz. Elə buna görə də, “Nets” rəhbərliyi İrvinqi qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırıb. Elə komandanın lideri Kevin Dürant da “Bruklin”də tam olaraq ümidləri doğrultmur. Bütün bunlar isə Hardeni narahat edir.

CANLI YAYIM