Dirk Novitskinin nömrəsi əbədiləşdiriləcək

19 Noyabr, 16:17 Sosial mediada paylaşın:
“Dallas Maveriks” Dirk Novitskinin nömrəsini əbədiləşdirəcək.
Əfsanəvi almaniyalı basketbolçunun forması yanvarın 5-də “Qolden Steyt”lə oyundan əvvəl “Amerikan Airlines Arena”nın tavanına yüksəldiləcək. Xatırladaq ki, Dirk MBA-da oynadığı 21 il ərzində yalnız “Dallas”ın heyətində çıxış edib. Məhz onun liderliyi sayəsində 2011-ci ildə Texas klubu tarixində yeganə MBA çempionluğunu qazanıb. Novitski 2019-cu ildə karyeradını başa vurub. O, “Maveriks” tarixində oyun, xal, ribaund, 3 xallıq atış və bir çox statistik göstəricilərdə liderdir.

CANLI YAYIM