İtaliya millisi 7-ci dəfə Avropa çempionu olub

20 Sentyabr, 12:45 Sosial mediada paylaşın:
Kişi voleybolçuları Avropa çempionatı başa çatıb. Finalda Sloveniya və İtaliya milliləri qarşılaşıb. 1-ci seti seloveniyalılar 25:22 hesabilə xeyirlərinə tamamlayıblar. 2-ci bölümdə İtaliya seçməsi 25:20 hesabilə üstün olandan sonra 3-cü hissəni eyni hesabla uduzub. Maraqlıdır ki, 4-cü set də 25:20 hesabilə başa çatıb. İtaliya voleybolçuları uğur qazanaraq ümumi hesabı bərabərləşdiriblər  - 2:2. Beləliklə qalibi müəyyənləşdirmək üçün əlavə hissə oynanılıb. İtaliya komandası 15:11 hesabilə qalib gələrək 7-ci dəfə Avropa çempionu olub. Xatırladaq ki, İtaliyanın qadın voleybolçuları da bir müddət əvvəl qitə yarışında ali mükafata yiyələnmişdilər. Sloveniyalılar isə gümüş medal sindormuna son qoya biıməyiblər. Onlar çıxdıqları hər 3 finalda uduzublar. 
3-cü yer uğrunda Polşa seçməsi Serbiya millisinin 3 setdə məğlubiyyətə uğrüdıb. 25:22, 25:16, 25:22. İndiyədək 1 dəfə Avropa çempionu olmuş Polşa idmançıları tarixdə 4-cü dəfə bürünc mükafatlara sahib olublar. 

CANLI YAYIM