Voleybol üzrə Avropa çempionatında yarımfinalçılar müəyyənləşib

2 Sentyabr, 17:25 Sosial mediada paylaşın:
Qadın voleybolçuların Avropa çempionatında ¼ final mərhələsi başa çatıb.  Türkiyə və Niderland millilərindən sonra da iki komanda yarımfinala yüksəlib. İtaliya voleybolçuları rusiyalı rəqiblərini mübarizədən kənarlaşdırıblar. İlk setdə 25-20 hesabı ilə üsütn olan Appenin təmsilçiləri ikinci hissədə rəqiblərinə aman verməyiblər. İtaliya millisi bu seti 17 xal fəri ilə xeyrinə başa vurub. Sonuncu hissədə də təşəbbsü əldən verməyən italiyalılar 25-15 hesabı ilə qalib gəliblər.
Mərhələnin digər oyununda Serbiya və Fransa seçmələri üz-üzə gəlib. Qrup mərhələsində Azərbaycan millisinin rəqibləri olmuş bu komamdaların dueli Serbiya yığmasının qələbəsilə yekunlaşıb. Qarşılaşmanın ilk setini Serbiya millisi 22-25 hesabı ilə uduzsa da, dönüş yarada bilib. Ardıcıl 3 setdə  25-18, 25-7 və 25-20 hesabı ilə qələbə qazanan Serbiya voleybolçuları yarımfinala çıxıblar. Onlar bu mərhələdə Türkiyə kollektivi ilə qarşılaşacalar. Yarımfinalın digər matçı İtaliya və Niderland seçmələri arasında olacaq Avropa çempionatın qalibi sentyabrın 4-də müəyyənləşəcək.       

CANLI YAYIM