Polşanın Keltse şəhərində gənc boksçuların dünya birinciliyində yarımfinalın görüşləri keçirilib.
Azərbaycanı bu mərhəkədə Nicat Hüseynov təmsil edib. 49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rusiyalı idmançıyla üz-üzə gəlib. Hüseynov qələbə qazana bilməsə də, dünya birinciliyini bürünc medalla başa vurub. Bu, Azərbaycan millisinin turnirdə ilk mükafatıdır. Qeyd edək ki, aprelin 23-də başa çatacaq mötəbər yarışa 52 ölkədən 414 boksçu qatılıb.ok