Futbol üzrə ölkə çempionatında 17-ci turun daha 2 oyunu keçirilib. “Neftçi” doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Artıq ilk dəqiqələrdə “Neftçi”ni heyətindən Yeqor Beqomolski rəqib qapıçının kobud səhvindən sonra hesabı açıb. 22-ci dəqiqədə Filip Ozobiç 2-ci topu Gəncə klbuunun qapısından keçirib. 2-ci hissədə hücumlarının sayını artıran qonaqlar Orxan Əliyevin qolu ilə fərqi minimuma endiriblər. Lakin “Kəpəz” futbolçularının bundan artığına gücləri çatmayıb. Ardıcıl 2 məğlubiyyətdən sonra qalib gələb Neftçi xallarını 16-ya çatdırıb və 7-ci pilləyə yüksəlib. 10 xalı olan Kəpəz isə yalnız autsayder Səbaili 1 xal qabaqlayır.

17-ci turun digər matçında “Zirə” “Turan Tovuz”u qəbul edib. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb. “Qartallar” 27 xallla 4-cü, 4 xal irəlidə olan “Turan Tovuz” 3-cü pillədə gedir. Yarış cədvəlinə 39 xalla “Araz Naxçıvan” başçılıq edir.