“Qalatasaray” UEFA Avropa Liqasının 6-cı turunda İsveçə səfər edib.
İsatanbul təmsilçisi yerli “Malmö” ilə qarşılaşıb. Hesabı ilk hissənin ortalarında meydan sahiblri açıblar. Erik Botheym fərqlənib. “Qalatasaray” fasilə ərəfəsində bıərabərliyi təmin edib. Elias Yelert qonaqları ümidləndirib. İkinci yarıda da azarkeşlər qarşılıqlı qollar izləyiblər. Əvvəlcə 56-cı dəqiqədə Yunus Akgün İstanbul təmsilçisini hesabda irəli çıxarıb. “Malmö” futbolçuları əlavə olunan 2-ci dəqiqədə məğlubiyytdən xilas olublar. Serxio Penya yekun nəticəni müəyyənləşdirib: “Malmö” – “Qalatasaray” 2:2.
Türkiyənin turnirdəki digər klubu “Beşiktaş” isə Norveçdə “Bodo Qlimt”in qonağı olub. Görüşə fəal başlayan “qara qartal” 21-ci dəqiqədə istəyinə nail olub. Jedson Fernandes hesabı açıb. Lakin qonaqlar sərfəli hesabı qoruya bilməyiblər. 37-ci dəqiqədə Filip Sinkerkernagel tarazlığı bərpa edib. Az sonra Odin Bortuft diqqət mərkəzinə düşüb. İkinci yarı da isə qol vurlmayıb və görüş “Bodo Qlimt”in 2-1 hesablı qələbəsilə yekunlaşıb.