“Qarabağ” UEFA Avropa Liqasının 6-cı turunda İsveçin “Elfsborq” komandası ilə üz-üzə gəlib.

“Buros Arena”da keçirilən oyunda ilk real qol vəziyyətini meydan sahibləri yaradıblar. Lakin Sebastian Holmenin yaxın məsafədən başla vurduğu top qapı tirindən qayıdıb,  təkrar zərbə də dəqiq olmayıb. “Qarabağ”ın cavabı da təhlükəli alınıb. Əks hücum zamanı Juninio topu düz qapıçının üstünə vurub. 2 dəqiqə sonra Abdulla Zubirin sağ cinahdan reydi faydasız olub. Matçın 36-cı dəqiqəsində komandamız cərimə zərbəsi vurub. Lakin Yassin Yassin Benzianın fərqlənməsinə qapıçı imkan verməyib. Dərhal sonra  “Elfsborq” hesabı açmaq üçün yaxşı imkan əldə edib. Bu dəfə “Qarabağ”ın qolkiperi Mateuş Koxalski məharətini nümayiş etirib. İlk yarının sonlarına Juninio baş zərbəsi qapıdan azacıq aralı keçib. Fasilədən sonra da görüş qarşılıqlı hücumlaral yadda qalıb. 56-cı dəqiqədə isə rəqib istəyinə çatıb. Künc növtəsindən ötürülən topu   Ahmed Qasem tora göndərib. Hesabda geri düşən komandamız bərabərlik qolunu vurmağa çalışsa da, buna nail ola bilməyib.. Beləliklə qarşılaşma “Elfsborq” 1:0 hesablı qələbəsiələ yekunlaşıb. “Qarabağ” turnirdə növbəti oyununu yanvarın 23-ü Bakıda Rumıniyanın “Styaua” komandasına qarşı keçirəcək.