UEFA Avropa Liqasının 6-cı turunda “Qarabağ” İsveçdə “Elfsborq”un qonağı olacaq.
Qeyd edək ki, rəqiblər ilk 5 turda cəmi 1 qələbə qazanıb. Hazırda İsveç klubunun 4, Qarabağın isə aktivində 3 xal var. Görüşdən qabaq keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hər iki tərəf üçün çox vacib bir qarşılaşma olduğunu dilə gətirib: "Hər iki komanda üçün vacib oyundur. Bu il Avroliqada son oyundur. Ümumi nəticəyə baxsaq, xal fərqimiz çox azdır. Rəqib komandanın baş məşqçisinin fikirlərini oxudum. Hiss olunur ki, ciddi hazırlaşıblar və səbirsizliklə oyunu gözləyirlər. Ola bilsin ki, sabah daha çox güc sərf etməli olacağıq".
Əlavə edək ki, baş məşqçi Qurban qurbanov zədə səbəbindən Bəhlul Mustafazədə Və Kevin Medinanın bu görüşdə iştirak etməyəcəyini də bildirib. Xatırladaq ki, Elfsborq – Qarabağ görüşü bu gün gecəyarısı start götürəcək.