UEFA Çempionlar Liqasında 6-cı turun oyunlarına start verilir. Günün ən maraqlı qarşılaşmalarından biri Leverkuzen şəhərində keçiriləcək. Yerli “Bayer” futbolçuları İtaliyanın “İnter” kollektivi ilə üz-üzə gələcək. Mövsümün iddialı komandalarından olan “İnter” Çempionlar Liqasında məğlubiyyət görməyən iki komandadan biridir. Buna görə də səfərdə olmasına baxmayaraq liderliyə iddialı olan İtaliya klubunu mütəxəssislər favorit kimi görür. Amma “Bayer”in də öz meydanında rəqib tanımamasını unutmayaq. Almaniya klubunun nəticələri də bu mövsüm üçün qənaətbəxş hesab edilir:
Xabi Alonso, “Bayer”in baş məşqçisi: “Rəqibimizi köməkçilərimlə birgə yaxşı analiz etdik. Bundan əvvəlki qarşılaşmalarına bir-bir baxdıq. Həqiqətən də əla heyətə və oyun planına sahib komandadır. Onların qazandığı nəticələr komandanın gücündən xəbər verir. İşimiz çətin olacaq. Patrik Şikin bu görüşdə meydana çıxa bilməyəcəyi artıq dəqiqdir. Son oyunlarda bizə çox böyük faydası və köməyi olub. Əlimizdən gələnin ən yaxşısını edib, qələbə qazanmağa çalışacayıq.”
Simone İnzagi, “İnter”in baş məşqçisi: “Yeni reqlament yarışa əlavə bir rəng qatır. Əvvəllər mübarizə edəcəyin bəlli komandalar var idi. İndi isə rəqiblər fərqlidir. Üstəlik sənin onlarla apardığın mübarizə turnir cədvəlində sənin rəqibin olmayan digər komandalara da təsir edir. İlk oyunda iki xal itirdik və hazırda ikinci pillədəyik. Əlbəttə ki, əsas mərhələni lider kimi tamamlamaq istəyirik".
Bunun üçün də ancaq və ancaq qələbə qazanmaq lazımdır.” Qeyd edək ki, “BayArena”da keçiriləcək “Bayer” Leverkuzen – “İnter” matçı Bakı vaxtı ilə gecə yarısı başlanacaq. Oyunu Slavko Vinçiçin idarə etdiyi sloveniyalı hakimlər briqadası idarə edəcək.