Manuel Noyer qarşıdakı iki mövsümdə “Bayern”in şərəfini qoruyacaq.

Almaniyanın nüfuzlu “Kikker” nəşrinin məlumatına görə Münxen klubu 38 yaşlı qapıçısı ilə müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Yaxın günlərdə yeni sövdələşmə ictimaiyyətə açıqlanacaq.  Xatırladaq ki, Noyer 2011-ci ildən bundesliqanın ən titullu komandasının formasını geyinir. O bu müddət ərzində “Bayern”in heyətində 540 oyun keçirib. Bu görüşlərin 256-da Manuel qapısını toxunulmaz saxlaya bilib.