İngiltərə Premyer liqasında 14-cü turun oyunları keçirilir. Mərkəzi matçda “Arsenal” “Mançester Yunayted”i qəbul edib. İlk bölümdə qapılara qol vurulmayıb. Hesabı 54-cü dəqiqədə meydan sahibləri açııbar. Gənc müdafiəçi Yurien Timber diqqət mərkəzinə düşüb. 78-ci dəqiqədə Vilyam Saliba 2-ci topu mankunyanların qapısından keçirib. Beləliklə görüş Arsenalın 2:0 hesablı qəlbəəsilə yekunlaşıb. London klubu 28 xalla 3-cü pillədə qərarlaşıb. Hesabında 19 xal olan “Mançester Yunayted” 11-cidir.

“Liverpul” Nyukasl səfərində xal itkisi ilə üzləşib. Mersisaydlılar qələbəni son dəqiqələrdə əldən veriblər.  3:3 hesablı heç-heçədə qonaqların heyətindən Məhəmməd Salah dubl edib, digər qolu isə Körtis Cons vurub. “Nyukasl”ın qollarını isə Aleksandr İsak, Entoni Qordon və Fabian Şer fərqlənib. “Liverpul” 35 xalla liderliyini davam etidirir. “Nyukasl” isə 10-cu pillədə gedir.

“Mançester Siti” “Nottingem Forest”in qapısından 3 cavabsız top keçirib. Bernanrdo Silva, Kevin De Brüyne və Jeremi Doku fərqlənib. Şəhərlilər ardıcıl 4 məğlubiyyətdən sonra ilk qələbələrini qazanıblar və 4-cü pilləyə yüksəliblər. “Nottingem Forest” 22 xalla 6-cıdır.  

“Çelsi” səfərdə “Sauthempton”u 5-1 hesabilə məğlub edib. 7-ci dəqiqədə Aksel Disasi oyunda ilk qolu vurub. Az sonra Jo Aribo tarazlığı bərpa edib. London klubunun 2-ci qolunu Kristofer Nkunku vurub. 34-cü dəqiqədə Noni Madueke fərqi 3 topa çatdırıb. 2-ci hissədə hücumlarını gücləndirən “zadəganlar” daha 2 qol vurublar. Kol Palmer və Ceyden Sanço diqqət mərkəzinə düşüb. “Çelsi” böyükhesablı qələbə ilə xallarını 28-ə çatdırıb və 2-ci pilləyə yüksəlib. “Sauthempton” isə 5 xalla autsayderdir.