Serbiyalı məşhur tennisçi Novak Cokoviç ABŞ Açıq çempionatında mübarizəyə başlayıb.

37 yaşlı idmançı ilk mərhələdə moldovalı Radu Albotla üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin inanlı qələbəsi ilə yekunlaşıb - 3:0 (6:2, 6:2, 6:4)

O, ikinci raundda həmyerlisi Laslo Dyere ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 75 milyon ABŞ dollarıdır. Cokoviç son olaraq Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının qalibi olub.