“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Səudiyyə Ərəbistanın “Əl-İttihad” klubuna keçməyə yaxındır. Bu barədə Böyük Britaniya mətbautı məlumat yayıb. Belçikalı futbolçu Yaxın Şərq klubu ilə müqavilənin şərtlərini razılaşdırıb. Hazırda səudiyyəlilər “Mançester Siti” ilə transfer məbləğini müəyyənləşdirməklə bağlı danışınqlar aparır. Məsələ ondadır ki, “şəhərlilər” də Kevini satmağın əleyhinə deyil. Xatırladaq ki, De Bruyne 2015-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. O bu müddət ərzində keçirdiyi 382 oyunda 102 qol vurub və 170 məhsuldar ötürmə ilə yadda qalıb. 33 yaşlı yarımmüdafiəçinin klubla müqavilə müddəti gələn ilin yayında başa çatacaq.

Yeri gəlmişkən, “Əl-İttihad” təkcə De Bruyne ilə kifayətlənmək istəmir. Avropa mətbuatının məlumatına görə, Ciddə klubu “Mançester Siti”nin qapıçısı Edersonu da transfer etməkdə maraqlıdır. Amma braziliyalı qapıçının Səudiyyə Ərəbistanının “Əl-Nəsr”  klubuna keçmək ehtiumalı da var. Bir müddət əvvəl Böyük Britaniya mətubatı onun Kriştuanu Ronaldunun çıxış etdiyi klubla anlaşdığı haqda məlumatlar yaymışdı.