Yeni mövsümə Avstriyada hazırlaşan "Qarabağ"ın yoxlama görüşlərində sonuncu rəqibləri müəyyənləşib.  Qurban Qurbanovun komandası iyulun 16-da Xorvatiya təmsilçisi “Slaven Belupo" ilə qarşılaşaaq.  Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” komandasına qarşı matçla yekunlaşdıracaq.

Xatırkadaq ki,  "Qarabağ" toplanış çərçivəsində  Almaniyanın “Kayzerslautern” klubuna 1:3 hesabı ilə məğlub olub, Çexiya “Viktoriya”sına isə  2:1 hesabı ilə qalib gəlib.