Avropa Futbol Klubları Assosiasiyası və agentlərinin birgə təsis etdiyi “Globe Soccer Awards”’n yeni qaliblərinin adları açıqlanıb.

2010-cu ildə təsis edilən və hər il Dubayda keçirilən mərasim bu dəfə İtaliyada təşkil edilib. Maraqlıdır ki, bu mövsüm La Liqada çempion olan və UEFA Çempionlar Liqasında finala yüksələn “Real” Madrid klubunun heç bir üzvü mükafat almayıb. Ən yaxşı futbolçu PSJ-nin fransalı forvardı Kilyan Mbappe seçilib. Ən yaxşı klub “Mançeser Siti”, tarixində ilık dəfə Almaniya çempionu olan “Bayer Leverkuzen”in çalışdırıcısı Xabi Alonso ən yaxşı baş məşqçi seçilib. Mikel Arteta isə Premyer Liqada ən yaxşı baş məşqçi mükafatı alıb. Luçano Spalleti isə uğurlu karyerasına görə xüsusi mükafta layiq görülüb. “Atalanta” futbolda ən uğurlu yüksəlişə malik klub, “Barselona”nın qadınlardan ibarət komandası isə ilin ən yaxşı kollektivi kimi fərqləındirilirib. “Komo” klubu ilə A seriyasına vəsiqə qazanan baş məşqçisi Sesk Fabreqas da diqqətdən kənarda qalmayıb. Harri Keyn ən sərrast futbiolçu, Lamin Yamal ən gənc futbolçu kimi seçilib. “Yuventus” əfsanələri Canluici Buffon və Cianluka Pessota ən yaxşı karyeraya malik veteran futbolçular nominasiyasında fərqləniblər.