İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi gərginləşir.
Ötən mövsümün qalibi “Mançester Siti” 34-cü turdan təxirə salınan oyunda Londonda “Tottenhem”in qonağı olub. İlk hissədə komandaların bütün cəhdlərinə baxmayaraq hesab açılmayıb. 51-ci dəqiqədə Pep Qvardiolanın komandası üstünlük qazanıb. Çempionatın bombardiri Erlinq Holand diqqət mərkəzinə düşüb. “Mançester Siti” sona yaxın daha bir qol vurub. Holand penaltidən fərqlənərək dubl edib. Bununla “şəhərlilər” xallarının sayını 88-ə çatdıraraq zirvəyə yüksəlib. Mançester klubu ən yaxın izləyicisi “Arsenal”ı 2 xal qabaqlayır. Qeyd edək ki, sonuncu turda “Siti” öz meydanında “Vest Hem”lə üz-üzə gələcək. “Topçular” isə “Emireyts”də “Everton”u qəbul edəcək.