Minifutbol üzrə ölkə çempionatına yekun vurulub. Finalda Birbaşa Bakı və Aznur komandaları qarşılaşıb. İlk hissə bərabər mübarizə şəraitində keçsə də sonradan üstünlüyünü artıran “Birbaşa” komandası inamlı qələbə qazanaraq ardıcıl 3-cü dəfə ölkə çempionu olub. 5-2 hesabilə üstün olan “Birbaşa” növbəti mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Turnirin bürünc mükafatlarına isə “Odlar Yurdu” komandasını 3:1 hesabilə məğıub edən “Real Bakı” kollektivi sahib çıxıb.