“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev karyerasını türkiyədə davam etdirə bilər.

Superliqada mübarizə aparan “Alanyaspor” müdafiəçini transfer etmək istəyir. Qardaş ölkə təmsilçisi artıq yay transfer pəncərəsində Elvin və “Qarabağ”la danışıqlara başlamaq niyyətindədir. Superliqada azərbaycanlı futbolçular legioner status daşımır və “Alanyaspor” da məhz bu səbəbdən Elvini heyətinə cəlb etmək istəyir.