İngiltərə Liqa Kubokunda mübarizəyə yekun vurulub.
"Uembli" stadionunda oynanılan final matçında "Çelsi" və "Liverpul" qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşün 33-cü dəqiqəsində Rahim Sterlinq London klubunu önə çıxarıb. Lakin videotəkrara baxıldıqdan sonra ofsayd səbəbindən qol ləğv olunub. İkinci hissədə "Liverpul" bənzər situasiya ilə üzləşib. Baş hakim Kris Kavana VAR-ın müdaxiləsindən sonra bu səfər Vircil van Deykin qolunu qeydə almayıb. Qarşılıqlı cəhdlərə baxmayaraq, hesab açılmadığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac yaranıb. 118-ci dəqiqədə Konstantinos Simikasın ötürməsini lazımınca dəyərləndirən Vircil van Deyk yekun nəticəni müəyyənləşdirib. Minimal hesabı ilə qələbə qazanan "Liverpul" 10-cu dəfə Liqa Kubokunun qalibi olub. Qeyd edək ki, bu göstərici üzrə rekord məhz "mersisaydlılar"a məxsusdur.