Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Maraqla gözlənilən oyunlardan biri İtaliyada keçiriləcək. “Napoli” azarkeşləri önündə “Barselona” ilə üz-üzə gələcək. Meydan sahibləri bu oyunda Pyotr Zelinskinin xidmətindən yararlana bilməyəcələr. Valter Matsari ilə yolları ayıran “Napoli” rəhbərliyi baş məşqçi vəzifəsinə Françesko Kaltsonanı gətirib. İtaliyalı çalışdırıcı mətbuat konfransında komanda ilə az vaxtı olmasına baxmayaraq sərfəli nəticə qazanacaqlarına inandığını bildirib: “Vaxt azlığı səbəbindən futbolçularla çox ünsiyyətimiz olmadı. Buna görə də prosesləri sürətlənirmək məcburiyyətindəyik. Onlarla danışığım zamanı heç bir bəhanəyə yer olmadığını və meydanda ən yaxşısını göstərməli olduqlarını qeyd etdim. “Barselona”dan qorxmuruq. Onların güclü məşqçiləri və futbolçuları var. Bizim heyətimiz də kifayət qədər təcrübəli futbolçulardan qurulub. Mübarizəmizi sona qədər aparacağıq.
Barsanın əsas heyət üzvləri Qavi və Ferran Torres meydanda olmayacaqlar. Xavi Ernandes bu amilin oyunlarına təsir etməyəcyini vurğulayıb: Çempionlar Liqasında yarışmaq hər zaman həyəcan verici və maraqlıdır. Bəzi itkilərimiz olsa da oyunda fərqlənə biləcək futbolçularımız var. Levandovki, Frenki və Pedrini xüsusi qeyd edərdim. Robertin liderlik qabiliyyəti bizim köməyimizə gələcək. O, “Napoli”yə qarşı matçda istedadını tam olaraq göstərə bilər.
Əlavə edək ki, “Napoli” – “Barselona” matçı gecə yarısı başlanacaq. Görüşü Feliks Tsvayerin rəhbərlik etdiyi almaniyalı hakimlər briqadası idarə edəcək.