İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınan oyun keçirilib.

Çempion “Mançester Siti” “Etihad”da “Brentford”u qəbul edib. Meydan sahibləri gözlənildiyi kimi güclü hücumlarla başlayıblar. Lakin ilk hissədə hesab açılmayıb. Fasilədən sonra da oyunun məzmunu dəyişməyib. Daha inamlı təsir bağışlayan “şəhərlilər” 71-ci dəqiqədə rəqibi məyus ediblər. Çempionatın və Mançester klubunun bombardiri Erlinq Holand fərqlənərək Premyer Liqada 17-ci qolunu vurub. Qonaqlar qalan vaxtda məğlubiyyətdən qurtula bilməyiblər. Beləliklə “Mançester Siti” minimal hesabla qalib gələrək xallarınln sayını 56-a çatdırıb. Pep Qvardiolanın komandası “Arsenal” 1 xal geridə qoyaraq 2-ci pilləyə yüksəlib. “Liverpul” 57 xalla yarış cədvəlinin lideridir. “Brentford” isə 25 xalla 14-cüdür.