UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunları keçirilir. Ötən mövsümün finalçısı “İnter” “Cüzeppe Meatsa”da “Atletiko” Madridi qəbul edib. Gərgin mübarizənin qeydə alındığı ilk hissədə qol olmayıb. Fasilədən sonra “İnter” futbolçuları tam təşəbbüsə yiyələniblər. Simone İnzaginin komandası 79-cu dəqiqədə istəyinə çatıb. Marko Arnautoviç Lautaro Martinesin ötürdüyü topu rəqibin qapısından keçirib. Meydan sahibləri sərfəli nəticəni sonadək qoruyaraq minimal hesablı qələbəni təmin ediblər. “İnter” 3 ildən sonra ilk dəfə ardıcıl 9-cu oyunsa qalib gəlib. 

PSV - “Borussiya” (Dortmund) oyununda isə qalib müəyyənləşməyib. 24-cü dəqiqədə qonaqlardan Donyel Malen komandasını önə çıxarıb. İlk hissə Dortmund futbolçularınln minimal üstünlüyü ilə yekunlaşıb. 2-ci yarıda PSV futbolçuları tarazlığı bərpa ediblər. 56-cı dəqiqədə Lyuk De yonq hesabı bərabərləşdirib. Bu qarşılaşmada sonuncu qol olub. Beləliklə PSV - “Borussiya” oyunu 1:1 hesabilə yekunlaşıb. Cavab oyunları martın 13-nə təyin olunub.