UEFA Avropa Liqasında mübarizə aparan “Qalatasaray” 1/16   finalın ilk oyununda Çexiyanın “Sparta Praqa” komandasını qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıblar. Kerem Demirbay fərqənib. “Sparta Praqa”  fasilədən dərhal sonra Anqelo Presiyadonun vurduğu qolla bərabərliyi təmin edib. Saatın tamamında İstanbul təmsilçisi yenidən hesabı xeyirinə dəyişib. Dris Mertens komandasını önə keçirib. İki dəqiqə sonra “Qalatasaray” meydanda azlıqda qalıb. Viktor Nelsson qırımızı vərəqə ilə cəzalandırılıb. Bundan yararlanan qonaqlar yenidən tarazlığı bərpa ediblər.  Jan Kuxta “Sparta Praqa”nı ümidləndirib. Lakin görüşün ikinci hissəsinə əlavə edilən birinci dəqiqədə “Qalatasaray” qələbə qolunu vurmağa nail olub. Mauro İkardi arenaya toplaşan azarkeşləri coşdurub. Beləliklə gərgin mübarizə “Qalatasaray”ın 3-2 hesablı qələbəsilə yekunlaşıb.

İki il əvvəl Konfrans Liqasının finalında qarşılaşan “Feyenoord” və “Roma” bu dəfə Avropa Liqasının pley-offunda üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.  İqor Payşan ilk yarının son dəqiqəsində romalıları məyus edib. 67-ci dəqiqədə isə Romelu Lukaku komandasını məğlubiyyətdən xilas edib: “Feyenoord” - “Roma” 1-1.

İtaliyanın turnirdəki digər təmsilçisi “Milan” isə inamlı qələbə qazanıb. “Milan” Fransanın “Renn” komandasını darmadağın edib. Ruben Loftus-Çik ilk qolun müəllifi olub. Meydan sahibləri fasilədən sonra daha iki dəfə rəqibi məyus edib. Əvvəlcə  53-cü dəqiqədə Ruben Loftus-Çik dubl edib. Matçda son  nöqtəni isə Rafael Leao qoyub. “Milan” – “Renn” 3-0. Avropa Liqasınında 1/16 finalın cavab matçları fevralın 22-də olacaq.