UEFA Avropa Liqasının play-off mərhələsində mübarizə aparan "Qarabağ" rəqibi "Braqa" ilə qarşılaşma üçün Portuqaliyaya yollanıb. Komandamız görüşdən əvvəl keçirilən sonuncu məşqini artıq yekunlaşdırıb. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov görüş ərəfəsində jurnalistlər önünə çıxıb. 51 yaşlı mütəxəssis maraqlı açıqlamalarla diqqət çəkib: “Braqa” cütün favoritidir. Ancaq biz buna önəm vermədən mübarizə aparacağıq.Çox çətin oyun gözləyirik. Rəqib sürətli hücumlar edən komandadır. Ancaq biz görüşə hazırıq. Bu gözəl stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Hamı üçün maraqlı matç olacaq”. Baş məşqçi iki komanda arasında müqayisə aparmağın doğru olmadığını düşünür: “İndi Avropada futbol fərqlidir. Bütün komandalar fərqli büdcələrlə oynamağa öyrəşiblər. Avrokuboklarda böyük təcrübəmiz var. Futbolçularımızı bu məsələlərlə yükləmək istəmirik. “Braqa” böyük klubdur. Təbii ki, mövsümboyu eyni səviyyədə oynamaq, sabitliyi qorumaq çətindir”.
Qeyd edək ki, Braqa Qarabag qarsilasmasi bu gun Baki vaxti ilə gecə yarisi baslanacaq. Gorusu Morken Kroqun rəhbərlik etdiyi danimarkali hakimlər briqadasi idare edəcək.