Misli Premyer Liqasında 22-ci turun sonuncu oyununda “Araz Naxçıvan” “Neftçi”ni qəbul edib.

İlk hissə qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab açılmayıb. Fasilədən sonra da uzun müddət qol olmayıb. Vaxtın tamamında Rəşad Əhmədov “Neftçi”nin cərimə meydançasında əllə oyuna görə “ağ-qaralar”ın qapısına penalri təyin edib. Orxan Əliyev fürsəti qaçırmayıb. Bununla da “Neftçi” mövsümün 3-cü oyununda da Arazı məğlub edə bilməyib. Azər Bağırovun komandası 4 oyundan sonra qalib gəlib. Naxçıvan klubu hazırda 30 xalla 6-cıdır. “Sumqayıt”dan sonra “Araz Naxçıvan”a da uduzan “Neftçi” isə 32 xalla 3-cüdür. “Sumqayıt” 35 xalla 2-ci pillədədir. Yarış cədvəlinə 51 xalla Qarabağ başçılıq edir.