Qarabağ» Leandro Andradedən sonra daha bir legioneri ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Ağdam klubu ötən ilin yayında sıralarına qatdığı Andrey Lunyova yeni anlaşma təklif edib. Çempion 32 yaşlı qapıçı ilə müqaviləni 2027-ci ilədək uzatmaq istəyir. Avropa Liqasında göstərdiyi inamlı oyunla azarkeşlərin rəğbətini qazanan rusiyalı qapıçı ilə danışıqlar yaxın günlərdə yekunlaşmalıdır. Yekun müqaviləyə əsasən Lunyovun maaşı da artacaq. Xatırladaq ki, rusiyalının “Qarabağ”la müqaviləsi yayda başa çatır.