Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan heyətinə daha iki futbolçu qatmağa hazırlaşır. 

Qərb təmsilçisi “Neftçi”nin iki futbolçusunu icarəyə götürmək üçün razılıq əldə edib.  Bu oyunçular İsmayıl Zülfüqarlı və Fərid Yusiflidir. Onlar mövsümün sonuna qədər daha çox oyun təcrübəsi qazanmaq üçün “Turan Tovuz”un şərəfini qoruyacaq. Qeyd edək ki, hər iki futbolçu Tovuz klubunun Antalya toplanışında da iştirak edir.