Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir futbolçu ilə danışıq aparır.
“Ağ-qaralar” “Styaua”nın italiyalı oyunçusu Andrea Kompanyonu transfer etmək istəyir. Rumıniya klubu futbolçuya görə 400 min avro təzminat istəyir. Qeyd edək ki, Andrea Kompanyo 2022-ci ildən “Styaua”da çıxış edir. İtaliyalı bu mövsüm meydana çıxdığı 22 görüşdə 4 qol vurub. 27 yaşlı forvard Buxarest klubuna 2022-ci ilin yayında “Universitatya Krayova”dan keçmişdi.