“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub.

İstanbul klubunu  Fernandu Santuş çalışdıracaq. Portuqaliyalı mütəxəssis Türkiyə klubu ilə 1,5 ill müddətinə müqavilə imzalayıb. Xatırladaq ki, Santuşun başçılığı altında Portuqaliya millisi 2016-cı ildə Avropa çempionu olmuşdu. Onun rəhbərliyi ilə portuqaliyalılar 2019-cu ildə Millətlər Liqasında da çempionluq sevinci yaşamışdı. Santuşun sonuncu iş yeri Polşa millisi olub. 69 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində uğursuz nəticələrə görə istefaya göndərilmişdi.Təcrübəli məşqçi həmçinin karyerası ərzində “Eştoril”, “Eştrelu Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Benfika” və PAOK klublarını, həmçinin Yunanıstan yığmasını da çalışdırıb. Onun rəhbərlik edəcəyi “Beşiktaş” hazırda Türkiyə çempionatında 18 turdan sonra 29 xalla 6-cı sıradadır.