İtaliya A Seriyasında 19-cu tura yekun vurulub. Çempionluq uğrunda mübariə aparan komandalardan “Yuventus” autsayder “Salernitana”nın qonağı olub. Fasilə ərəfəsində meydan sahibləri hesabı açıblar. Culio Macore fərqlənib. Lakin fasilədən sonra Turin klubu dönüş edib. 53-cü dəqiqədə Culio Macore qırmızı vərəqəylə cəzalanaraq “Salernitanan”ı azlıqda qoyub. Say üstünlüyü qazanan “qoca sinyora” 65-ci dəqiqədə tarazlığı bərpa edib. Aylinq Cunior hesabl bərabərləşdirib. Sona Yaxın Duşan Vlaxoviç 2-ci qolu vuraraq “Yuventus”un qələbəsini təmin edib. 

“Roma” – “Atalanta” oyununda qalib müəyyənləşməyib. 8-ci dəqiqədə qonaqlardan Tyon Kopmeyners hesabl açıb. 39-cu dəqiqədə Paulo Dibala penaltini dəqiq yerinə yetirərək bu qola cavab verib. Qalan vaxtda hesab dəyişməyib: “Roma” – “Atalanta” 1:1 

 “Torino” öz meydanlnda çempion “Napoli”ni 3 cavabsız qolla məğlub edib. Antonio Sanabriya, Nikola Vlaşiç, Alessandro Boncorno neapolluların qapısına yol tapıb. 

 “Milan” səfərdə “Empoli”dən eyni hesabla üstün olub. “Rossoneri”nin heyətində Ruben Loftus Çik, Olivye Jiru və Şaka Traore fərqlənib.