Fransa millisinin sabiq kapitanı Uqo Lyoris klub karyerasını Amerika Birləşmiş Ştatlarında davam etdirəcək.
37 yaşlı qapıçı “Los Anceles” futbol klubu ilə müqavilə imzalayıb və artıq yeni ildən Milli Futbol Liqasında mübarizə aparacaq. 2023-ün əvvəlində “Tottenhem”dən getmək istədiyini bildirən Lyoris klubun mövsüm öncəsi təlim-məşq toplanışına da qatılmamışdı. Fransa millisi Dünya çempionluğu sevinci yaşayan Lyoris “Tottenhem”in heyətində 361 oyuna çıxıb. Əlavə edək ki, MLS-də yeni mövsüm fevralın 21-də başlanacaq.