İngiltərə Premyer Liqasında 19-cu tur keçirilir. Unay Emerinin rəhbərliyi altında liderlər qrupunda qərarlaşan “Aston Villa” “Mançester Yunayted”in qonağı olub. Qonaqlar ilk hissədə rəqibi 2 dəfə cəzalandırıblar. 21-ci dəqiqədə Con Makgin, 5 dəqiqə sonra Leonder Dendonker fərqlənib. Fasilədən sonra matçın məzmunu kökündən dəyişib. Alexandro Qarnaço dubl edərək hesabı bərabərləşdirib. Vaxtln bitməsinə 8 dəqiqə qalmış Rasmus Hoylund “Mançester Yunayted”i önə çıxarıb. Danimarkalı futbolçu “qırmızı şeytanlar”ın heyətində premier liqada ilk qolunu vurub. Beləliklə Erik Ten Haqın komandası dönüş edərək 3 oyundan sonra qələbə qazanıb. “Aston Villa” isə 7 matçdan sonra uğursuzluğa düçar olub.
Çempionluq mübarizəsində olan “Liverpul” səfərdə autsayder “Börnli”ni 2 cavabsız qolla məğlub edib. 6-cı dəqiqədə Darvin Nunyes hesabl açlb. Vaxtın tamamında isə Dioqu Jota diqqət mərkəzinə düşüb. Bu qələbəylə Mersisayd klubu yarış cədvəlində liderliyə yiyələnib.
“Bornmut” öz meydanlnda “Fulhem”dən 3 cavabsız qolla üstün olub. 44-cü dəqiqədə Castin Klüyvert ilk qolu vurub. 62-ci dəqiqədə Dominik Solanke fərqi artırıb. Nəhayət sona yaxın Luis Sinisterra son nöqtəni qoyub. “Bornmut” 7-ci oyunda 6-cı qələbəsini qazamıb.
Xallarının sayını 42-ə çatdıraraq zirvəyə qalxan “Liverpul”u hazırda 2 xal az toplayan “Arsenal” izləyir. “Topçular” 1 oyun az keçirib. İlk “3-lüy”ü 39 xalla “Aston Villa” tamamlayır.