"Neftçi"nin belaruslu hücumçusu Yeqor Beqomolski klubunu dəyişə bilər.

Futbolçu ilə “Zirə” yaxından maraqlanır. Qəsəbə klubunun baş məşqçisi Rəşad Sadıqov bir neçə dəfə sözügedən oyunçu ilə maraqlandıqlarını, qış fasiləsində forvardı icarəyə  götürmək istədiklərini vurğulayıb. Beqomolski daha çox oyun şansı qazanmaq istədiyi üçün klubdan ayrıla bilər. Lakin forvardla bağlı son qərarı yeni baş məşqçi Miodraq Bojoviç verəcək. 2022-ci ildən “Neftçi”dəoynayan belaruslu hücumçu 33 oyunda meydana çıxaraq 3 qol vurub.