Yeni mövsümə hazırlaşan Formula 1 komandaları bolidlərinin təqdimat mərasiminin tarixini açıqlayır.
Artıq “Zauber” və “Uilyams” komandaları fevralın 6-da yeni yarış avtomobillərini ictiamiyyətin qarşısına çıxaracaqlarını elan edib. “Alpin” komandasının da planları müəyyənləşib. Fransa təmsilçisi bir gün sonra, yəni fevralın 7-də sürət həvəskarlarını yeni bolidi ilə tanış edəcək. Avropa mətbuatlının məlumatına görə, “Alpin” maşınları tamamilə yaşıl rəngə boyanacaq. Xatırladaq ki, bu mövsüm 120 xal toplayan komanda Mühəndislər Kubokunda 6-cı yeri tutub. Halbuki, bir il əvvəl “Alpin” ümumi sıralamada 4-cü yerə sahib çıxmışdı. Son mövsümdə Fransa komandası yerli pilotlar Esteban Okonla Pyer Qasliyə güvənib.